Mərkəzi Bank 350 milyon manat cəlb edir

Mərkəzi Bank 350 milyon manat cəlb edir
  22 İyun 2018    Oxunub:1695
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən AzVision.az-a verilən məlumata görə, iyunun 25-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 - 9,99% təşkil edir.

AzVision.az


Teqlər: AMB   Hərrac  





Xəbər lenti