Gələn həftə satışa çıxarılacaq “Xəzər” maşınları - FOTOREPORTAJ

Gələn həftə satışa çıxarılacaq “Xəzər” maşınları - FOTOREPORTAJ
  08 İyun 2018    Oxunub:116464
Xəbər verdiyimiz kimi, gələn həftədən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər” avtomobilləri satışa çıxarılacaq.

İlk mərhələdə "Xəzər" LD və CD modeli satılacaq. CD modeli 16 min, LD modeli isə 18 min manata alıcılara təklif olunacaq.
Neftçalada istehsal edilən avtomobilləri kreditlə almaq mümkün olacaq. Belə ki, kredit şərtilə 50%, lizinqlə isə 20% ilkin ödəniş tələb olunacaq. Lizinq və kredit üzrə illik faiz dərəcəsi 18% nəzərdə tutulub.

Avomobillərin satış məntəqələri Bakının "Babək", "Ziya Bünyadov" prospektləri və Badamdar qəsəbəsində yerləşir.






































Anar Kəlbiyev
FOTO: Elvin Abdulla

AzVision.az


Teqlər: Maşın   Xəzər   Neftçala  





Xəbər lenti