Şimali Koreyada 80 min siyasi məhbus var - (VİDEO)

Şimali Koreyada 80 min siyasi məhbus var - (VİDEO)
  08 İyun 2018    Oxunub:3187
İnsan hüquqları məsələsi Vaşinqtonla Pxenyan arasında 12 iyunda Sinqapurda keçiriləcək görüşdə müzakirə ediləcək ən vacib məsələlərdən olmalıdır.

AzVision.az xəbər verir ki, bunu BMT-nin Şimali Koreyada insan hüquqlarına dair xüsusi məruzəçisi Tomas Oxea Kintana deyib.
Kintana Pxenyandan qətiyyətlə tələb edib ki, nüvəsizləşdirmə üzrə Sinqapurda keçiriləcək ABŞ-Şimali Koreya sammitindən əvvəl siyasi məhbusları azd etsin. BMT nümayəndəsinin sözlərinə görə, hazırda Şimali Koreyada 80 min siyasi məhbus var.



Xüsusi məruzəçi ötən ay Şimali Koreyada saxlanılan 3 ABŞ vətəndaşının azad edilməsini alqışlayaraq, bunu Koreya yarımadasında sülhün əldə olunması istiqamətində önəmli addım adlandırıb. Lakin o, Şimali Koreya həbsxanalarında “çürüyən” on minlərlə siyasi məhbusun da sərbəst buraxılmalı olduğunu vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   BMT  





Xəbər lenti