Azərbaycan 2 qolla qələbə qazandı - VİDEO, YENİLƏNİB

Azərbaycan 2 qolla qələbə qazandı - VİDEO, YENİLƏNİB
  12 Oktyabr 2013    Oxunub:1348
AzVsison.az Sportarena.az-a istinadən xəbər verir ki, bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar baş tutur.
F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 9-cu oyununun Şimali İrlandiyaya qarşı keçirib..Görüş saat 21:00-da 8-ci kilometr stadionunda start götürüb.


F qrupu
21:00. Azərbaycan - Şimali İrlandiya 2-0
Qol.R. Dadaşov,58, M.Şükürov,90+3

Səfərdə bu rəqiblə 1:1 hesablı bərabərə qalan yığmamız görüşün fovoriti hesab olunmasa da, millimizin qələbə qazanaraq qrupun sonuncu pilləsindən qurtulacağına ümidlər böyükdür.

Bugünkü oyun milli komandamızın üçün əlamətdar olub.
Belə ki, yığmamız bu gün 200-cü oyununa çıxıb.

Görüş saat 21:00-da 8-ci kilometr stadionunda start götürüb.
Oyunu italiyalı hakimlər briqadası idarə edib.

Gərgin mübarizə şəraitində keçən oyunda yığmamız 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamız indiyədək keçirdiyi 9 oyundan 8 xal toplayıb.




Teqlər:  





Xəbər lenti