Azərbaycanlı yazıçı yüksək vəzifəyə təyin olundu
Həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır. Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab edilən Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə daha çox önəm verilməsinə xidmət edir.
Yazıçımız təyinatla bağlı əməkdaşımıza verdiyi açıqlamasında belə yüksək beynəlxalq tribuna əldə etməyimdən böyük qürur duyduğunu, fürsətdən istifadə edib Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.