“Ötən il Azərbaycanda kənd təsərrüfatı 4,2% artıb”

“Ötən il Azərbaycanda kənd təsərrüfatı 4,2% artıb”
  05 İyun 2018    Oxunub:1988
“1996-2016-cı illər ərzində kənd təsərrüfatının artımı 2.5 dəfə olub. 2017-ci ildə Azərbaycanın kənd təsərrüfatında artım 4,2% olub”.

AzVision.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatının ÜDM-də payı ötən il 5,6% təşkil edib və kənd təsərrüfatı məhsullarının ixracı 39,8% artıb.

“Aİ ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq var. 2017-ci ildə Aİ ölkələrinə 1,9 milyard dollarlıq məhsul idxal edilib, 7,4 milyard dollarlıq isə məhsul ixrac edilib. Kənd təsərrüfatında isə bu rəqəm çox kiçikdir. Strateji məqsədimiz ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının Azərbaycandan Avropa ölkələrinə ixracını və Avropa ölkələrindən Azərbaycana idxalını artıraq”, - İ.Kərimov əlavə edib.

Elvin Abdulla
AzVision.az


Teqlər: Kənd-təsərrüfatı     İnam-Kərimov  





Xəbər lenti