Gömrük rüsumları dəyişdirilə bilər

Gömrük rüsumları dəyişdirilə bilər
  05 İyun 2018    Oxunub:1562
"Azərbaycan və Gürcüstan gömrükçülərinin bir inzibati binada fəaliyyət göstərməsi ilə bağlı danışıqlar aparılır"
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. O, deyib ki, danışıqlar uğurlu alınsa, Azərbaycanda və regionda ilk dəfə olaraq vahid bina tikilərək iki ölkənin gömrük xidməti birgə fəaliyyət göstərəcək:

“Gürcü həmkarlarımızla danışıqlar aparılır. Hələlik bu sahədə yekun nəticə yoxdur. Müzakirələr başa çatarsa, iki ölkənin gömrük orqanlarının vahid bir məkanda fəaliyyət göstərməsi mümkün olacaq. Hər iki gömrük orqanlarının əməkdaşları bir yerdə çalışacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edir”.

S.Mehdiyev qeyd edib ki, 2019-cu ilin büdcə paketində rüsumlara baxılır: "Xammal materiallarının gömrük rüsumlarından azad olunması ilə bağlı sorğular göndərilir. Bu sahədə gələn sorğuları dəyərləndirib, müvafiq qurumlara və Nazirlər Kabinetinə göndəririk. Hazırda tariflərin aşağı salınması və ya yuxarı qaldırılması ilə bağlı hər hansı ciddi paket yoxdur. Amma iş adamları tərəfindən gözləntilər varsa, onu da hökumət dəyərləndirib optimal qərarlar verir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Səfər-Mehdiyev   Gömrük   DGK  





Xəbər lenti