180 məhbus həbsxanadan qaçdı - (VİDEO)

180 məhbus həbsxanadan qaçdı - (VİDEO)
  05 İyun 2018    Oxunub:3816
Nigeriyanın Niger ştatının Minna şəhərində 180 məhbus həbsxanadan qaçıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nigeriya daxili işlər naziri Əbdülrəhman Danbazau yerli "Daily Post" qəzetinə məlumat verib.

Qəzetin yazdığına görə, qaçan 30 məhbusu taparaq həbsxanaya qaytarmaq mümkün olub. Digərləri hələ də azadlıqdadır.



Niger ştatının qubernatoru Sani Bello bəyan edib ki, bütün ştat üzrə həbsxana infrastrukturunun yaxşılaşdırılması və həbsxanalarda islahatlar məqsədilə ştat rəhbərliyi Nigeriya federal hökumətilə əməkdaşlıq edəcək. Hazırda isə ölkə hakimiyyəti məhbusların hansı şəraitdə qaçmaları və bunun səbəblərini araşdırır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Nigeriya   Afrika  





Xəbər lenti