5 bankın əmlakı hərraca çıxarılır

5 bankın əmlakı hərraca çıxarılır
  04 İyun 2018    Oxunub:1464
Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı, "Texnikabank" ASC, "Zaminbank" ASC, "Royalbank" ASC və "Bank of Azerbaycan" ASC-nin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.
ADIF-dən AzVision.az-a bildiriblər ki, 23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar iyunun 11-də, 25-də və iyulun 2-də keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında keçiriləcək.

AzVision.az


Teqlər: Hərrac   Bank  





Xəbər lenti