Paşinyan kimin yanındadır? – KARİKATURA
Düzdür, gedib Soçidə Putinlə görüşən Paşinyan bütün bunları vaxtilə Saakaşvilinin etdiyi kimi açıq şəkildə etmir, amma erməni bicliyi də elə bu deməkdir – onlar saman altından su yeritməyi əla bacarırlar.
Bu hal isə xeyli ciddi suallar doğurur. Hər şeydən əvvəl, forpostunun bu cür dreyfi Rusiyada necə qarşılanacaq? Rus mətbuatında yer almağa başlayan yazılardan görünür ki, ictimai rəydə çox pis qarşılanır. Bu, gec-tez dövlətlərarası münasibətlərə də təsirini göstərəcək.
Digər tərəfdən, hazırda Rusiyada imtiyazlı şərtlərlə yaşayan həddindən çox erməni var. Yəqin ki, onlar da Ermənistanın yeni siyasi rəhbərliyinin yürütdüyü kursun mənfi təsirlərini tezliklə öz üzərlərində hiss edəcəklər.
AzVision.az / Kirpi.info
Teqlər: