AMEA-da seçkilər keçiriləcək

  30 May 2018    Oxunub : 1047
AMEA-da seçkilər keçiriləcək
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçiriləcək.
Bu barədə AzVision.az-a AMEA-dan məlumat verilib. Tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, həmçinin AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.


AzVision.az

Teqlər: AMEA