Problemli banklarla bağlı təkliflər hazırlanır

Problemli banklarla bağlı təkliflər hazırlanır
  30 May 2018    Oxunub:1652
Milli Məclisin deputatları Vahid Əhmədov və Əli Məsimli bank sisteminin sağlamlaşdırılması ilə bağlı təkliflər üzərində işləyir.
Bu barədə AzVision.az-a iqtisadçı deputat Vahid Əhmədov məlumat verib. Problemli kreditlərin hər zaman gündəlikdə olduğunu deyən deputat bu məsələnin diqqətdə saxlanıldığını vurğulayıb.

"Bununla bağlı təkliflərimizi hazırlayıb, təqdim edəcəyik. 4-5 bankı çıxmaq şərti ilə digər banklarda kapital problemi var. Kapital problemini həll etməsək, banklarda vəziyyət yaxşılaşan deyil. Hökumət hər zaman bu işlərə müsbət yanaşır. Cənab prezidentin bank sisteminin sağlamlaşdırılması ilə bağlı göstərişi var. Düşünürəm ki, təkliflərimizə baxılacaq və müsbət nəticəsinin şahidi olacağıq", -deyə V.Əhmədov qeyd edib.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Bank   Kredit   Dollar  





Xəbər lenti