“Microsoft”un rəsmisi prezidentin qəbulunda - Yenilənib

“Microsoft”un rəsmisi prezidentin qəbulunda - Yenilənib
  29 May 2018    Oxunub:1516
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidenti Filip Roqu qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında səmərəli əməkdaşlığın aparıldığı bildirildi, bu təşkilatın Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin önəmi qeyd olundu. Filip Roq təmsil etdiyi şirkətin fəaliyyəti ilə bağlı məlumat verdi.

Dövlətimizin başçısı Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizdə bununla bağlı görülən işlərdən danışdı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti