"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır" - Mirziyoyev
Özbəkistan Prezidenti beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artmasından və mövqelərinin möhkəmlənməsindən dərin məmnunluq duyduğunu bildirir.
“Özbəkistanda biz ölkələrimiz arasında çoxəsrlik dostluq tellərini və strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə hər iki tərəf üçün sərfəli praktiki əməkdaşlığı genişləndirmək əzmindəyik. Söhbət əlaqələrin intensivləşdirilməsindən, fəal mübadilənin davam etdirilməsindən, əmtəə dövriyyəsinin həcminin artırılmasından, sənaye, energetika, nəqliyyat və yüksək texnologiyalar sahəsində perspektivli layihələrin və mədəni-humanitar proqramların reallaşdırılmasından gedir”, - deyə məktubda vurğulanır.
Şavkat Mirziyoyev məktubunda, həmçinin qarşıdakı yüksək səviyyəli görüşlərin Özbəkistan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa, onları konkret məzmunla zənginləşdirməyə imkan verəcəyinə əminliyini ifadə edib.
AzVision.az
Teqlər: Özbəkistan İlham-Əliyev Təbrik