Agentliyin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlər zamanı qurumun əməkdaşları “Azərbaycan Supermarket”, “Azərbaycan Restaurants” və "Mari Vanna Operating Company" MMC-lərin fəaliyyəti ilə yaxından tanış olublar. Qida təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət daşıyan ictimai iaşə obyektlərinin qarşısında qoyulan tələblər haqqında sahibkarlıq subyektlərinə geniş məlumatlar verilib. Qida zəncirinin bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının əsas vəzifələrdən biri olduğu vurğulanıb.
Monitorinq zamanı ictimai iaşə müəssisələrinin əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.
AzVision.az