Şahmatçımız qızıl medal aldı

Şahmatçımız qızıl medal aldı
  10 Oktyabr 2013    Oxunub:1500
Azərbaycan şahmatçısı Avropa çempionatının qızıl medalına layiq görülüb.

AzVision.az xəbər verir ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, 27 sentyabrdan 8 oktyabradək keçirilən çempionat Çernoqoriyanın Budva şəhərində baş tutub.

8 yaşadək şahmatçılar qrupunda ölkəmizi təmsil edən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Aydın Süleymanlı qızıl medal qazanaraq I yerə, Sənan Əliyev isə bürünc medalla III yerə layiq görülüb.

14 yaşlı şahmatçılar qrupunda 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi Günay Məmmədzadə də yüksək nəticə göstərib. Belə ki, G.Məmmədzadə qızıl medal qazanmaqla I yerin sahibi olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti