Əfv edilənlər azadlıqda - FOTOLAR
Pentensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əfv olunmuş məhkumların buraxılması ilə bağlı tədbir keçirilib. Müəssisədən 62 məhkum azadlığa çıxıb.
Tədbirdə çıxış edən Cəzaçəkmə Müəssisəsinn rəisi Fikrət Qafarov azadlığa çıxan hər bir şəxsə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub.
Əfv olunanlar arasında qadınlarla yanaşı əcnəbi vətəndaşlar da var.
Anar Kəlbiyev
FOTO: Elvin Abdulla
AzVision.az