"Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir" - İlham Əliyev
Ölkə başçısının sözlərinə görə, bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib: "Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var".
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Qarabağ