Fuad Poladovsuz keçən ilk ad günü - FOTOLAR

Fuad Poladovsuz keçən ilk ad günü - FOTOLAR
  24 May 2018    Oxunub:8238
Bu gün mərhum Xalq artisti Fuad Poladovun doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.



Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. Fuad Poladov 43 filmə çəkilib.



Qeyd edək ki, mərhum aktyor mayın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. Mərhumla vida mərasimi evində keçirilib. Vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.





AzVision.az


Teqlər: Fuad-Poladov   Aktyor  





Xəbər lenti