Axtarışda olan 30 nəfər saxlanılıb

Axtarışda olan 30 nəfər saxlanılıb
  24 May 2018    Oxunub:694
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların 35-i “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət  





Xəbər lenti