Azərbaycana partlayıcı maddələr keçirmək istədilər

Azərbaycana partlayıcı maddələr keçirmək istədilər
  24 May 2018    Oxunub:1815
Sənaye təyinatlı partlayıcı maddələrin Rusiyadan Azərbaycana idxalında qanun pozuntusu aşkar edilib.
Şimali-Qafqaz gömrük idarəsinin yaydığı məlumata görə, Dərbənd dəmiryolu stansiyasında saxlanılan yükün bəyannamədə 8 ton ammonit tozundan ibarət partlayıcı olduğu göstərilib. Yoxlama zamanı yükün faktiki çəkisinin 8 ton 167,2 kiloqram - qeyd olunan rəqəmdəmn çox olduğu üzə çıxıb.

Qanunsuz yolla sərhəddən keçirilməli olan partlayıcılar müsadirə edilərək ekspert müayinəsinə göndərilib. Faktla bağlı inzibati qanun pozuntusu üzrə iş qaldırılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycana  





Xəbər lenti