Prezident məktəb tikintisinə 40 milyon ayırdı

Prezident məktəb tikintisinə 40 milyon ayırdı
  23 May 2018    Oxunub:3405
Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Məktəb  





Xəbər lenti