Hər il qeyri-rəsmi nikahdan 2 min uşaq doğulur
“Dövlət komitəsi olaraq maarifləndirmə tədbirləri keçiririk. Ən çox alinmentlərlə bağlı müraciət olunur. Cüzi miqdarda olan alimentin verilməsi problemə çevrilir. Məişət zorakılığı ilə bağlı müraciətlər də daxil olur. Hər bir məişət zorakılğı monitorinq qruplarında araşdırılır. Boşlanmalarin sayı artırsa, bu, problemdir. Hər il qeyri-rəsmi nikahdan 2 minə yaxın uşaq doğulur. Düzdür, 10 il bundan öncə bu rəqəm daha böyük idi. Erkən nikahların qarşısının alınmasında qanunvericilikdə müəyyən boşluqlarla qarşılaşırıq. Bu baxımdan müəyyən dəyişikliklər edilməlidir”,- deyə komitə rəsmisi qeyd edib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: