Prezidentə təbriklər gəlməkdə davam edir - (Yenilənib)

Prezidentə təbriklər gəlməkdə davam edir - (Yenilənib)
  22 May 2018    Oxunub:1575
Qabon Respublikasının Prezidenti Əli Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir: “Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizi Qabon xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Qabon Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğumu bildirmək istərdim.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişafı, xalqlarımızın maraqları naminə Sizinlə birgə işləmək arzumu bir daha ifadə etməkdən məmnunam. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Eyni zamanda Livan Respublikasının Prezidenti General Mişel Aun, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Qardaşınız Salman bin Əbdüləziz Al Səud, İsveçin Kralı Karl Qustav, Norveçin Kralı V Harald, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov, Hindistan Respublikasının Prezidenti Ram Nat Kovin, Kinodramaturq, kinorejissor, Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının vitse-prezidenti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, RSFSR-in və Rusiya Federasiyasının Dövlət Mükafatları laureatı Aleksandr Borodyanski də Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibətilə təbrik ediblər.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti