700 bal toplayan qızın arzusu xaricdə oxumaqdır

700 bal toplayan qızın arzusu xaricdə oxumaqdır
  22 May 2018    Oxunub:13749
Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) I və IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Rəna Əliyevadır. O, Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdidir.
IV ixtisas qrupu üzrə maksumum nəticə göstərən Rəna Əliyeva AzVision.az-a açıqlamasında bu nəticəni gözlədiyini bildirib.

“Hər zaman sınaqlarda yüksək bal toplayırdım və 700 bal gözlənilən idi. İmtahan suallarımız normal idi. Sualların çoxu düşündürücü idi və müəyyən çaşqınlıq yarada bilərdi. Həm də imtahan verən zaman həyacan keçirməmişəm. Bəlkə, bu da mənim səhv etmədən bütün sualları cavablandırmağımda əsas rol oynayıb”.

R.Əliyeva Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsində oxumaq istədiyini bildirib. Lakin bununla kifayətlənməyən abituriyent təhsilini xaricdə davam etdirmək niyyətindədir.

“İki il “Hədəf” kurslarında hazırlaşmışam. Bundan əlavə, gərək öz seçimində də əmin olasan. İxtisasıma sevə-sevə hazırlaşmışam. Düzdür, bu mərhələ bizim üçün önəmlidir. Lakin bunun üstündə də çox durmamalıyıq. O zaman istədiklərimizə nail olmaqda əziyyət çəkməyəcəyik”.

R.Əliyeva bildirib kİ, oxuduğu sinifdə 6 nəfər 600-dən artıq bal toplayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM     abituriyent  





Xəbər lenti