Strateji sənədlərin hazırlanmasına dair seminar

Strateji sənədlərin hazırlanmasına dair seminar
  21 May 2018    Oxunub:1546
Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı Avropa İttifaqının ekspertləri, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lər və SOCAR nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, energetika nazirinin müavini Samir Vəliyev kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsində energetika sektorunda islahatlarla bağlı əksini tapmış tədbirlərin həyata keçirilməsi üçün müvafiq strateji əhəmiyyətli sənədlərin hazırlanmasının vacibliyindən danışıb. Bildirilib ki, bu məqsədlə strateji sənədlərin hazırlanması metodologiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac var.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən qurumun Azərbaycandakı səfiri Kestutis Yankauskas isə son vaxtlar “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının texniki dəstəyi ilə həyata keçirilən layihələrdən bəhs edib. Səfir “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin ardınca energetika sektorunda digər strateji xarakterli sənədlərin hazırlanmasına da texniki dəstək göstərməyə hazır olduqlarını bildirib.

Sonra qurumun ekspertləri strateji sənədlərin hazırlanması metodologiyasından bəhs edən təqdimatla çıxış ediblər. Tədbirdə, həmçinin hazırlanmış sənədlərin, qanun layihələrinin Avropa İttifaqında mövcud ictimai məsləhətləşmə mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Energetika    





Xəbər lenti