ADNSU ilə Qazaxıstan universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Qazaxıstan universitetləri arasında əlaqələr genişlənir
  14 May 2018    Oxunub:2462
Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru, texnika elmləri namizədi Berik Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elmi fəaliyyəti, əcnəbi tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib.

ADNSU-da xarici ali məktəblərlə əlaqələrin inkişafına xüsusi önəm verildiyini deyən rektor M.Babanlı tələbə və müəllim mübadiləsi istiqamətində bir sıra addımlar atıldığını vurğulayıb. Son dövrlərdə universitetdə həyata keçirilən islahatlar haqqında danışan rektor M.Babanlı ADNSU-nun beş ixtisasının FİBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu diqqətə çatdırıb.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Əhmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. ADNSU ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Berik Əhmədov tələbə-müəllim mübadiləsi, elmi sahədə və s. istiqamətlərdə əlaqələrin inkişaf edəcəyinə inandığını bildirib.

Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və qonaqlara xatirə hədiyyəsi təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti