Lökbatan-Qobu-Hökməli yolu bağlanıb

Lökbatan-Qobu-Hökməli yolu bağlanıb
  14 May 2018    Oxunub:2041
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a bildirilib ki, məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti