DİM-də Apelyasiya Komissiyası yaradılıb

DİM-də Apelyasiya Komissiyası yaradılıb
  14 May 2018    Oxunub:1903
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 14-16 may tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

AzVision.az


Teqlər: DİM   Apellyasiya  





Xəbər lenti