"Qaçqınkom" rəhbəri rayon ağsaqqalları ilə görüşüb
Ümummilli lider Heydər Əliyevin hər zaman Ağsaqqallar Şurasının və Rayon Veteranlar Birliklərinin cəmiyyətdəki rolunu yüksək qiymətləndirdiyini deyən sədr hazırda bu ənənənin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərə dövlət qayğısından danışaraq Prezident İlham Əliyevin hər zaman onların problemlərini diqqətdə saxladığını, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması yönündə ardıcıl və məqsədiyönlü işlər gördüyünü bildirib.
O, Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını söyləyib.
Torpaqlarımızın işğalından danışan Xocalı veteranlarının nümayəndəsi Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu, dünyanın bu ədalətsizliyə ikili standartla yanaşdığını bildirib.
Komitə sədri Rövşən Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilməsi nəticəsində bir çox ölkə və beynəlxalq təşkilatların Xocalı soyqırımının tanındığını vurğulayıb.
Görüşün sonunda əraziləri işğal olunan Ağdam, Fizuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Xocalı, Xocavənd rayonlarının Ağsaqqallar Şuraları və Rayon Veteranlar Birliklərinin nümayəndələri ilə birgə xatirə şəkli çəkilib.
AzVision.az
Teqlər: Qaçqınkom Rövşən-Rzayev