Əyri yolun yolçuları, yaxud, Paşinyandan ruhlananlar

Əyri yolun yolçuları, yaxud, Paşinyandan ruhlananlar
  13 May 2018    Oxunub:17683
Sahib Məmmədov
AzVision.az üçün

Seçkiqabağı çirkab kampaniyasından əliboş çıxanlar birtəhər özlərinə gələrək, yenidən fəallaşıblar. Fəallşamaq üçün “yaxşı” əsaslar da var. Erməni şəbəkəsindən və digər şəbəkələrdən yeni fəaliyyətlər üçün növbəti tranş gözlənilir. Avans olaraq ezamiyyə pulları və cibxərcliyi də verilib. Erməni şəbəkəsinin Azərbaycandakı fövqaladə və səlahiyyətli nökərləri, əsas fiqurları (piyada fiqurları) iş başındadır. Yeni antiazərbaycan kampaniyası üçün bir neçə yeni hədəf də müəyyən edilib.
Bir neçə gündən sonra, 15 may tarixindən Cenevrdə BMT-nin İnsan Hüquqları Şurasının 30-cu sessiyasında Azərbaycan Universal Dövrü İcmal proseduru çərçivəsində 3-cü hesabatını təqdim edəcək. İcmalla bağlı vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən, milli və beynəlxalq QHT-lərin, insan hüquqları üzrə təsisatların öz məlumatlarını təqdim etməsi normal haldır. Təmsil etdiyim QHT də bir qayda olaraq, bu imkandan və mexanizmdən istifadə edir. Həqiqət olanı demək (yazmaq) normal haldır. Beynəlxalq insan hüquqları mexanizmlərindən məhz konstruktiv tənqid yolu ilə istifadə çox faydalıdır. Öz iradəsinin yox, təsiri altında olduğu şəbəkələrin qulu olanların isə missiyası başqadır.

Azərbaycanın 3-cü hesabatının təqdim edilməsi ərəfəsində təşkil olunan müzakirələrdə canfəşanlıq edənlər konstruktivlikdən çox uzaqdırlar. Dördlüyün (lazım olsa üçlük, altılıq, və s.də ola bilər) məqsədi ayrıdır. Çirkab atmaq, ölkədə mövcud olan vətəndaş cəmiyyəti-hökumət dialoqunu gözdən salmaq, vəkillik təsisatında başlanmış islahatları qaralamaq, hətta ASAN kimi uğurlu layihəni də gözdən salmaq. Öz rifahindan başqa, digərlərinin rifanını düşnməyən birisinin dolayısı ilə hətta öz qardaşını hökumətə işləməkdə ittiham etməkdən çəkinməməsi də bu məqsədə xidmət edir.

Belə müzakirələrdə özünü qurban kimi təqdim etmək ən vacib məsələlərdəndir. Ölkədə istədiyini edənlərin, yüz minlərlə dollar pulları gizli yollara mənimsəyənlərin “hesablarımız bağlıdır”, “QHT-lər bağlanıb” deyib, haray-həşir salmasının da məqsədləri aydındır. Bu “həqiqət çarçıları” vergi orqanlarına bəyannamə verməklə rəhbəri olduğu QHT-nin fəaliyyətini müvəqqəti donduranlar belə, tədbirlərdə bunu QHT-nin hakimiyyət tərəfindən bağlanması və ya ləğv edilməsi kimi təqdim edirlər. Amma elə o “bağlanmış” QHT-nin adından və ya şəxsi hesabları vasitəsi ilə qonşu ölkələrdə hesablar açıb yüz minlərlə dollar vəsiti mənimsəyirlər. Əlbəttə, bölüşmək şərtilə...

Çirkli pulları yuyan bu “yuyucu maşınlar”ın digər hədəfi vəkillərin peşə təşkilatıdır. Neçə illər idi ki, bu təşkilatda öz adamlarını uğurla yerləşdirən qüvvələr indi çətin duruma düşüblər. Vəkillər Kollegiyasında başlanmış ciddi islahatlardan narahat olanlar qarayaxma kampaniyasına start veriblər. Vəkillər Kollegiyası 2017-ci ilin sonunda hesabat-seçki konfransı keçirərək, rəhbər orqanları yenidən formalaşdırıb. Vəkillərin sayının yaxın bir neçə ildə 3 dəfədən çox artırılmasına dair fəaliyyətlərə start verilib. 28 fevral 2018-ci il tarixində vəkkilliyə qəbul üzrə test imtahanları keçirilib və 2000-ə yaxın namizəd sırasından 607 nəfər növbəti mərhələyə keçib. Həmin namizədlərin ilk 89 nəfəri bütün mərhələləri keçərək, vəkillik fəaliyyətinə başlayıb. Digərləri ilə bağlı prosedurlar (müsahibə, bir aylıq icbari kurs) davam edir və yaxın vaxtlarda həmin şəxslər də vəkillik fəaliyyətinə başlayacaqlar.

Vəkilliklə bağlı əyri yolun yolçularını narahat edən digər məslə “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin əsaslı surətdə yenilənməsidir. Vəkil hər kəsi müdafiə edə bilər, amma bu zaman vəkil sirri də daxil olmaqla, zəruri olan etik davranış qaydalarını pozmamalıdır. Pozanları sərt cəza gözləyir. Bu isə vəkilliyi siyasiləşdirən, müxtəlf şəbəkələrin maraqlarına xidmət edən, təsir agentləri olan vəkilləri və onların havadarlarını narahat edir.

Əyri yolun yolçularını ən çox qorxudan və narahat edən məsələlərədən biri də ölkədə dialoq mühitinin genişlənməsidir. Prezident seçkilərindən sonra hökumətdə yeni təyinat alan nazirlər, komitə və xidmət rəhbərləri vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcəklərini bəyan ediblər. Qısa müddət ərzində vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr başlanıb.

2016-cı ilin sentyabr ayında təsis olunmuş “Açıq hökumətin təşviqi üzrə hökumət-vətəndaş cəmiyyəti dialoq platforması”nı qaralamaq xətti Cenevrə müzakirələrində əsas məqsədlərdən biri idi. Platformanın hazırkı tərkibi 11 dövlət qurumundan (o cümlədən Parlamentdən) və 40-a yaxın QHT-dən ibarətdir. Platforma təsis olunarkən bütün vətəndaş cəmiyyəti qurumları iştiraka dəvət edilsə də, məqsədi dialoq yox, destruktiv fəaliyyət olan bəzi “vətəndaş cəmiyyəti” təmsilçiləri platformada iştirakdan imtina edib. İndi isə platformanı “hökumətə yaxın təşkilatların qurumu” adlandırmaqla aşkar həyasızlıq edirlər.

Şəffaflıq və dialoq kimlərə və niyə sərf etmir? Bu suala aşağda cavab verməyə çalışacağam.

Çirkli pullar hara yönəlir?

Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin asanlaşdırılmasına yönələn istənilən təşəbbüs çirkli pul “kralları” tərəfində süngü ilə qarşılanır. Hər il ölkəyə müxtəlif fondlar tərəfindən 45 milyon dollara yaxın vəsit gizli yollarla yönəlir. Onların əhəmiyyətli hissəsi ölkəyə daxil olmadan, xarici ölkələrdəki antiazərbaycan qüvvələrinin maliyyələşməsinə, o cümlədən, müxtəlif antiazərbaycan xarakterli aksiyaların təşkilinə, Azərbaycana qarşı kəskin mövqe tutan beynəlxalq qurumların parlament assambleylarında təmisil olunan deputatlara, insan hüquqlarınn müdafiəsi üçün mandatı olan bəzi vəzifəli şəxslərin ələ alınmasına, müxtəlif yanakı tədbirlərin təşkilinə, azntiazərbaycan media qruplarının maliyyələşməsinə və s. bu tipli işlərə xərclənir. Bu məqsəd üçün xərclənən vəsitin xeyli hissəsi Azərbaycandan kənarda nağdılaşdırılır, Azərbayana gətirilməklə və ya gətirilməməklə yuxarıda qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün yenidən Avropaya daşınır. Digər hissə isə ölkə daxilində fəaliyyət göstərən müxtəlif şəbəkələrin fəallarının qonorarlarına və gizli fəaliyyətlərinə xərclənir. Bu xərclərin əsas istiqamətləri aşağıdakılardır:

- “Siyasi məhbus” siyahılarının tərtibi, bu siyahıların müxtəlif dillərə tərcüməsi, beynəlxalq təşkilatlarda təqdim olunması və bu ad altında kampaniyaların təşkili;

- Azərbaycanda fəaliyyət göstərən və başqa ölkələrin müvafiq qurumlarının təsiri altında olan KİV-lərin maliyyələşməsi. Bu gün Azərbaycanda 50 nəfərdən çox əməkdaşı olan, saatbasaat müxtəlif dillərdə informasiyalar yayan media orqanları var ki, rəsmi balansları 0 və ya 0-a yaxındır. Yəni rəsmi maliyyə fəaliyyəti yoxdur. Bütün vəsaitlər cibdən-cibə prinsipi ilə dövr edir;

- Antiazərbaycan fəaliyyəti göstərən şəbəkələrin (o cümlədən, erməni şəbəkəsinin) qərargahlarının saxlanmasına və digər institusional xərclərə;

- Antiazərbaycan xarakterli və qərəzli hesabatların hazırlanmasına və yayılmasına;

- Təsir agenti olmayan, müxtəlif şəbəkələrdə olmayıb, hökumətlə konstruktiv əməkdaşlıq edən ictimi fəalların, siyasi qüvvələrin rəhbərlərinin gözdən salnma kampaniyalarına, o cümlədən, bu məqsələr üçün troll fəaliyyətlərinə;

- Şayiələrin hazırlanması və yayılmasına, o cümlədən, KİV və sosial şəbəkələdə şayələrin yayılması işinin təşkilinə;

- Dövlət orqanlarının nüfuzunun aşağı salınmasına yönələn tədbirlərə;

- Ermənistanın dolayı təbliği məsələlərinə (Paşinyansevərlərin fəaliyyəti bu qəbildəndir);

- Azərbaycanın Avropa institutları ilə əməkdaşlığına əngəl yaradacaq fəaliyyətlərə;

- Kütləvi tədbirlərin və iğtişaşların təşkilinə;

- Məlumatların toplanması, çeşidlənməsinə və bu məlumatları təhlil edən qeyri-leqal mərkəzlərin maliyyələşməsinə;

- Müxtəlif tədbirlərdə iştirak etmək üçün ezamiyyə xərclərinə;

- Şəbəkələrdə kapmaniyaların təşkili, bəyanatların hazırlanması və yayılması üçün tələb olunan xərclərə;

- Vəkillər, juranlistlər, QHT-lər və siyasi partiyalar içərisindən uyğun şəxslərin seçilərək müxtəlif ölkələrdə təşkil edilən təlimlərə (əsas məqsəd bilik vermək deyil) cəlb edilməsi işlərinə;

- Separatizmin və dini qarşıdurmanın qızışdırılması istiqamətdəki fəaliyyətlərə, o cümlədən, sosial şəbəkələr üzərindən belə fəaliyyətlərin təşkilinə;

- Radikal dindarların yetişdirilməsi və onların müdafiəsini əşkil edəcək şəxslərin hazırlanmasına. Bu istiqamət yuxarıda sadalanan digər fəaliyyətlərdən fərqli mənbələrdən daxil olur və bəzi Qərb ölkələrində fəaliyyət göstərən təsisatların nəzarəti altındadır.

Çirkli pul dövriyyəsi genişləndikcə varlananlar yuxarıda sadalanan işləri görmək üçün nöbəyə yazılıb, amma bu fəaliyyətlərdə iştirak hər kəs üçün əlçatan deyil. Gərək əvvəlcə şərəfini satasan, sonra vətəni, sonra da nə qalıbsa, onu...



Teqlər: Antiazərbaycan-şəbəkəsi   Çirkli-pullar  





Xəbər lenti