Rusiyadan Bakıya yeni metro qatarı gətirilib
Qurum rəsmisi qatarların sazlanma işlərindən sonra istifadəyə veriləcəyini deyib. Onun sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir.
"Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır",- deyə N.Paşayev qeyd edib.
AzVision.az