Azərbaycanda ötən il 2058 uşaq ölüb - (VİDEO)

Azərbaycanda ötən il 2058 uşaq ölüb - (VİDEO)
  12 May 2018    Oxunub:3193
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 5 yaşadək (0-4 yaşda) 2058 uşaq ölümü qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1205 nəfəri oğlan, 853 nəfəri isə qızdır.

Dünyasını dəyişən uşaqlardan 1700-i (993 oğlan, 707 qız) bir yaşadək olan körpələrdir.

Perinatal dövrdə ölənlərin sayı 1371 nəfər qeydə alınıb. Onlardan 776 nəfəri oğlan, 595 nəfəri qız olub.



Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika   Uşaq  





Xəbər lenti