Axtarışda olan 35 nəfər saxlanılıb

Axtarışda olan 35 nəfər saxlanılıb
  12 May 2018    Oxunub:995
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların 28-i “isti izlər”lə açılıb.
DİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Xronika   Cinayət  





Xəbər lenti