"Haqsız iradları qəbul etmirəm" - Əli Məsimli

"Haqsız iradları qəbul etmirəm" - Əli Məsimli
  11 May 2018    Oxunub:1732
"Mən Milli Məclisin işçisiyəm və birbaşa olaraq işlədiyim yerin maraqlarını qorumaq mənim borcumdur".
AzVision.az xəbər verir ki, bunu deputat Əli Məsimli deyib. O bildirib ki, dünyada heç bir ölkənin parlamentinə birmənalı münasibət yoxdur.

"Bunun haqlı və haqsız tərəfləri var. Mən Milli Məclisə yönələn haqsız iradları qəbul etmirəm. Bəlkə də elə görünür ki, bir sıra icra strukturları özünün prezident tərəfindən müəyyənləşmiş, etimad göstərilmiş missiyalarını yerinə yetirmədiyinə, özünün biznesi ilə məşğul olduğuna görə özünün vəzifəsini avtopilota qoyub hər şeyi Milli Məclisin üstünə istiqamətləndirir. Açıq formada deyirik ki, buna qarşı müqavimət göstərəcəyik. Mən deputatlara yuxarıdan aşağıya baxılmasını mənfi qiymətləndirirəm”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Deputat   Milli-Məclis  





Xəbər lenti