Bakıda əl qumbarası tapılıb
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə qəsəbənin məişət tullantıları ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 24 ədəd partlamamış hərbi sursat (23 ədəd müxtəlif növ patron, 1 ədəd F-1 əl qumbarası) və 17 ədəd boş patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş partlamamış hərbi sursat ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
AzVision.az