Bu gündən sosial evlərin satışı başlayır

Bu gündən sosial evlərin satışı başlayır
  07 May 2018    Oxunub:2755
Bu gündən Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus mənzillərin güzəştlə satışına başlanılır.

AzVision.az xəbər verir ki, Yasamal Yaşayış Kompleksində ilk olaraq 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin olunub.
Mənzillərin satışı bu gün saat 10:00-da başlayacaq və avqustun 7-də saat 10:00-dək davam edəcək. Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satış qiyməti isə aşağıdakı kimidir:

1 otaqlı mənzil 26932 manat, 2 otaqlı mənzil 42554 manat, 3 otaqlı mənzil 59063 manat.

AzVision.az



Teqlər: Mənzil   Sosial   Ev  





Xəbər lenti