Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
  05 May 2018    Oxunub:1222
Mayın 5-də dünya birjalarında neft yenidən bahalaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,36 dollar və ya 1,99% artaraq 69,79 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,25 dollar və ya 1,70% artaraq 74,87 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti