Banklar zərərlə işləməyə başlayıb

Banklar zərərlə işləməyə başlayıb
  04 May 2018    Oxunub:1462
Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarını 55,9 mln. manat xalis zərərlə başa vurub.
AzVision.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu il bankların faiz gəlirləri 428 mln. manat, faiz xərcləri isə 151,9 mln. manat olub.

Buna baxmayaraq 2018-ci il aprelin 1-nə bankların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalaraq 499 mln. manat təşkil edib. Bildirilir ki, cari ilin fevral ayı ilə müqayisədə martda bankların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi 1,5 mln. manat və ya 0,3% artıb.

AzVision.az


Teqlər: Bank  





Xəbər lenti