3437 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

3437 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib
  04 May 2018    Oxunub:1674
Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aprel ayında müvəqqəti yaşama ilə bağlı 3437, daimi yaşama (müddətin uzadılması) ilə bağlı 457 icazə vəsiqəsi verilib.
DMX-dən AzVision.az-a verilən məlumata görə, 42 nəfərin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 3936 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar verilib.

AzVision.az






Teqlər: DMx   Əcnəbi  





Xəbər lenti