Deputatdan turistlərlə bağlı sərt çıxış: “Ölkəmizə tör-töküntülər gəlir”

Deputatdan turistlərlə bağlı sərt çıxış: “Ölkəmizə tör-töküntülər gəlir”
  04 May 2018    Oxunub:6870
“Son illər turizm geniş miqyas almaqdadır. Bu, çox yaxşı haldır və ölkəmizə yetərincə maliyyə töhfələri verir. Turizmdə özünün xoşagəlməz milli-mənəvi dəyərlərimizə, əxlaqımıza zidd olan halları da müşahidə edirik. Onları açıq şəkildə ifadə etmək istəmirəm. Azərbaycana turist kimi gələnlərin içərisində yüksək əxlaqi dəyərləri özündə ehtiva edənlərlə bərabər, bu və ya digər ölkələrin tör-töküntüləri də ölkəmizə səfər edirlər”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, həmin turistlər Azərbaycanda qarşı xoşagəlməz əxlaqi davranışlar nümayiş etdirirlər: “Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Belə insanlar ölkədən deportasiya edilməlidir”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Fəzail-Ağamalı  





Xəbər lenti