Şirvan Milli Parkında 7 min ceyran var

Şirvan Milli Parkında 7 min ceyran var
  04 May 2018    Oxunub:3189
"Ekoturizm insanın təbiət ərazilərinə səyahətidir. Həmçinin insanların maariflənməsinə ehtiva edən turizm növüdür"
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycanın hazırda 892500 hektar qorunan ərazisi var. 2001-ci ilə qədər isə bu rəqəm 478 min olub.

Nazirlik rəsminin sözlərinə görə, əvvəllər milli parkları 1500-200 nəfər ziyarət edirdisə, son illərdə bu rəqəm 196 min 84 nəfərə çatıb.

"Bütün milli parklarda ekoturizm marşrutu var. Hazırda milli parklara 100-dən artıq marşrut mövcuddur. Bundan əlavə milli parklarda adı "Qırmızı kitab"a düşən heyvalar, bitki örtüyü qorunur. Hazırda Şirvan Milli Parkında ceyranların sayı 7 minə çatıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Milli-Park  





Xəbər lenti