Parlamentin plenar iclası başlayıb

Parlamentin plenar iclası başlayıb
  04 May 2018    Oxunub:1178
Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.
AzVision.az-ın xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Torpaq islahatı haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Mədəniyyət haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Mühasibat uçotu haqqında", "Sosial sığorta haqqında" və s. qanunlara, o cümlədən Torpaq Məcəlləsinə dəyişiklik layihələridir.

Deputatlar yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" (ikinci oxunuş) qanun layihələrini də müzakirə edəcəklər. Bundan başqa, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-ci il üzrə məlumatı təqdim edəcəyi də gözlənilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Parlament  





Xəbər lenti