Ekoturizmin inkişafı üçün proqram hazırlanır

Ekoturizmin inkişafı üçün proqram hazırlanır
  04 May 2018    Oxunub:1114
Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi üçün proqram hazırlanır.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

O bildirib ki, bununla bağlı Milli Turizm Agentliyi ilə görüşlər keçiriləcək, təkliflər bildirəcək: "Turistlərin ilkin ehtiyacını təmin etmək üçün şərait mövcuddur. Marşrutlar, bələdçilər, piknik yerləri var. Milli parklarda marşrutların rəngarəng olmasına çalışacağıq. Çay kənarında gəzintidən tutmuş quşları izləməyə qədər yeniliklər olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Ekoturizm  





Xəbər lenti