Xaçmaz-Xudat yolunun açılışı olub- Yenilənib (FOTOLAR)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, birinci və üçüncü texniki dərəcəli yolun uzunluğu 24 kilometrdir. 2-4 hərəkət zolağına malik yolun hərəkət hissəsinin eni 7-15 metrdir. Hər iki tərəfdən çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni 19 metrdir. Yolun tikintisi zamanı genişmiqyaslı torpaq işləri görülüb, 2 laydan ibarət 13 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Yolboyu asfalt-beton qarışığından səkilər tikilib, geniş ərazidə beton səki daşları düzülüb. Yolda lazım olan bütün infrastruktur yaradılıb, xeyli sayda yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.
Xaçmaz-Xudat avtomobil yolunun yenidən qurulması 54 min nəfər əhalisi olan 59 yaşayış məntəqəsini birləşdirən yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa, bölgədə turizmin inkişafına imkan verməklə yanaşı, Yalama sərhəd keçid məntəqəsi ilə rahat nəqliyyat əlaqəsini də yaratmış olur. Bu da həmin yolun həm də beynəlxalq əhəmiyyətinin bir göstəricisidir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
AzVision.az
Teqlər: İlham-Əliyev