“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi diqqətdə saxlanılır”

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi diqqətdə saxlanılır”
  04 May 2018    Oxunub:1423
"Ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır"
AzVision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

İ.Abbasovun sözlərinə görə, son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib.

"Hazırda korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən vacib və önəmli istiqamətini təşkil edir. Məlum olduğu kimi, korrupsiyaya qarşı daha effektli əks təsirin həyata keçirilməsi həmin istiqamətdə görülən tədbirlərin kompleks xarakterli, ardıcıl və hərtərəfli olmasını, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılmasını, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasını, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin təşkilini, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsini, vətəndaşların elektron vasitələrlə informasiya almaq imkanlarının genişləndirilməsini, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsini, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün möhkəmləndirilməsini şərtləndirir.

Qeyd olunan amillər nəzərə alınmaqla respublikamızda korrupsiyaya qarşı əks təsirin gücləndirilməsi istiqamətində son dövrlər həyata keçirilən daha ardıcıl və müfəssəl tədbirlər, hərtərəfli hazırlanmış təşkilati, institusional və hüquqi islahatlar bu bəlanın aradan qaldırılması sahəsində ciddi uğurların əldə edilməsinə zəmin yaradıb".

AzVision.az


Teqlər: Bakı   Prokuror  





Xəbər lenti