Gömrük Komitəsinin iki rəhbər şəxsi sərəncama götürülüb

Gömrük Komitəsinin iki rəhbər şəxsi sərəncama götürülüb
  03 May 2018    Oxunub:3086
Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.
AzVision.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti