“Yoxlamalar xəbərdarlıqsız aparılmalıdır” - Səhiyyə Nazirliyi

“Yoxlamalar xəbərdarlıqsız aparılmalıdır” - Səhiyyə Nazirliyi
  03 May 2018    Oxunub:1651
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıqsız aparılmasını təklif edib.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında P.Əzizbəyov bildirib ki, nazirlik hazırda plandankənar yoxlamalar apara bilmir.

O, qeyd edib ki, qanunvericiliyə əsasən plandankənar yoxlamalar yalnız şikayətlər, KİV-də gedən məlumatlar, o cümlədən dövlət orqanlarının müraciəti əsasında həyata keçirilir.

“Gələcəkdə yoxlamalarla bağlı qanunvericilikdə dəyişikliklər edilsə, yaxşı olar. Hazırda aparılan yoxlamaların effekti olmur, çünki yoxlama gedərkən xəbərdarlıq edilir, sonra yoxlamalara başlanılır. Bu müddətdə sahibkar müvafiq tədbirlər görür, ona görə də biz obyektə gedəndə nəticə olmur. Bununla bağlı Səhiyyə Nazirliyi təkliflər hazırlayacaq ki, yoxlamalar xəbərdarlıqsız həyata keçirilsin”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Milli-Məclis   Yoxlama  





Xəbər lenti