Azərbaycanda dərman reklamı qadağan edilə bilər

Azərbaycanda dərman reklamı qadağan edilə bilər
  03 May 2018    Oxunub:1434
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dərman vasitələrinin reklamının qadağan edilməsini təklif edib.
AzVision.az-ın məlumatına görə, komitə sədri bildirib ki, dərman vasitəsinin reklamı siqaretin reklamından təhlükəlidir.

Ə.Əmiraslanov hesab edir ki, bununla bağlı qanunvericilikdə məhdudiyyət edilməlidir: “Bəzən spirtli içkilər də reklam edilir. Bu, düzgün deyil. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə reklamlar qadağandır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti