“Neftin qiyməti yenidən ucuzlaşacaq” - Ekspert rəyi
"Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir".
V.Bayramov qeyd edib ki, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə təsirsiz ötüşmür: "Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də “qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azlması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suiya və İran ətrafında baş verənlər yüksək saxlayır".
AzVision.az